Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər edəcək.
Bu barədə Qırğız Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev məlumat verib.
Məlumata görə, səfər aprelin 19-dan 20-dək davam edəcək. Azərbaycan və Qırğız Respublikasının liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəklər.
Qeyd olunur ki, bir sıra sənədlərin, o cümlədən strateji tərəfdaşlıq haqqında Bəyannamənin, Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun, o cümlədən dövlətlərin maraqlarına cavab verən hökumətlərarası və idarələrarası sazişlərin imzalanması planlaşdırılır.