ER Baş naziri Nikol Paşinyan aprelin 19-20-də Rusiyaya ikigünlük rəsmi səfər edəcək.
Səfər çərçivəsində baş nazir Paşinyan RF prezidenti Vladimir Putinlə görüşəcək. İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasına toxunulacaq.
Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və RF-nın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.
Baş nazirin Nijni Novqoroda da səfəri planlaşdırılır.