"Genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanı tərk edən insanların sayı 5 milyona yaxınlaşır".
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) məlumatları göstərir.
Aprelin 14-nə olan məlumata görə, 4 796 245 ukraynalı ölkəni tərk edib.
“Ukraynadan qaçanlar arasında ikili vətəndaşlığı olan Ukrayna vətəndaşları da var”, - QAK-dan bildiriblər.
İnsanların böyük əksəriyyəti Şengen zonası ölkələrinə (Macarıstan, Polşa, Slovakiya) gedib, həmin zona ölkələri arasında sərhəd nəzarətinin olmaması səbəbindən ukraynalıların Avropada sonrakı hərəkətləri barədə dəqiq məlumat yoxdur.
Məlumata görə, 2,7 milyon ukraynalı Polşaya, təxminən 727 min nəfər Rumıniyaya, 447 min nəfər Macarıstana, 419 min nəfər Moldovaya, 329 min nəfər isə Slovakiyaya gedib.