ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Vaşinqton və Paris ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində Moskva ilə bütün əlaqələri dayandırıb, lakin Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə imkan vermir. Rusiya Yerevan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir. Bunun üçün xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni vəzifədə - Rusiya Xarici İşlər Nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək. Ümid edirik ki, Bakı və Yerevanda müttəfiqlərimiz və tərəfdaşlarımız Xovayevin səylərini dəstəkləyəcəklər",- deyə Zaxarova vurğulayıb.