Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Azərbaycan KİV-inin yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri, bu il fevralın 22-də Rusiya və Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində müzakirə edilib.
Görüşdə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların praktiki icrası ilə bağlı regional məsələlərin bir sıra aspektlərinə də toxunulub.