Aprelin 15-də ER xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Həmsöhbətlər ER baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasına rəsmi səfərinə hazırlıq məsələlərinə toxunublar.
Söhbət zamanı 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarla əldə olunmuş razılaşmaların icrasının prosesi müzakirə olunub.
Nazirlər Ermənistan və Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın yaradılması məsələsinə toxunublar.
Ararat Mirzoyan Rusiyanın, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik səylərinin vacibliyini vurğulayıb. Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərinə fikir mübadiləsi aparılıb.