Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər ölüb, aktiv xəstə sayı 163 nəfərdir.
Ölkədə son sutka ərzində 3 613, hazırkı dövrədək isə 6 762 824 test aparılıb.