Ermənistan Parlamentinin deputatlarının Qarabağa səfəri Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə razılaşdırılmayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ER Parlamentinin deputatlarının Artsaxa səfəri ilə bağlı maneələri şərh edərkən bildirib.
“Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistanın rəhbərləri tərəfindən imzalanmış 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına uyğun olaraq fəaliyyət göstərir. Biz hesab edirik ki, Rusiya sülhməramlılarının hərəkətlərinin həmin bəyanatın müddəalarına zidd olması barədə bəyanatlar reallığa uyğun gəlmir" – deyə Zaxarova bildirib.
O ümidvar olduğunu bildirib ki, Rusiya sülhməramlı missiyasının məsuliyyət zonasında, eləcə də Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində baş vermiş insidentləri nəzərə alaraq, tərəflər regionda vəziyyəti gərginləşdirəcək addımlardan çəkinəcəklər.