Rusiya Müdafə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirdi ki, aprelin 13-də Mariupol ticarət limanı “Azov” qrupundan tamamilə azad edilib.
İqor Konaşenkov onu da bildirib ki, Mariupol şəhərinə nəzarəti ələ keçirmək uğurunda əməliyyatı zamanı 14-ü zabit olmaqla daha 134 ukraynalı hərbçi könüllü olaraq silahı yerə qoyaraq təslim olub
Konaşenkov əlavə edib ki, Ukrayna tərəfi Rusiya ərazisinə zərbələr endirmək cəhdlərini dayandırmasa, Rusiya silahlı qüvvələri Kiyevin hərbi obyektlərinə zərbələr endirəcək.