Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Putinlə Zelenski görüşə bilər. Görüşün keçirilməsi Putinin “hə” deməsindən asılıdır.
“Doğrudur, son günlər baş verənlər gərginliyi bir az da artırıb. Bu, danışıqlar prosesinə təsir etdi”, - deyə o qeyd etdi.
M.Çavuşoğlu həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı və ukraynalı həmkarları arasında telefon danışığının baş tutacağını söyləyib.