Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında üçüncü görüş Avstriyanın paytaxtı Vyanada olacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına verdiyi müsahibədə deyib. O, görüşün mümkün tarixini dəqiqləşdirməyib.
Eyni zamanda, Çavuşoğlu fikrini bildirərək qeyd edib ki, iki ölkənin xüsusi nümayəndələri arasında danışıqlar üçüncü ölkədə deyil, Ermənistan və ya Türkiyədə keçirilməlidir.