Aprelin 13-də ER müdafiə naziri Suren Papikyan Hindistan Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kişan Dan Devalı qəbul edib.
Görüş zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub.
Hərbi-texniki, hərbi-təhsil, döyüş hazırlığı və sülhməramlılıq sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilib.
Tərəflər hərbi-siyasi məsləhətləşmələrin, yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də Ermənistan və Hindistan Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasının əhəmiyyətini vurğulayıblar.