Ermənistan Respublikasının Baş nazirinin müşaviri Artaşes Tumanyan aprelin 11-14-də Aşqabadda işgüzar səfərdədir. Bu barədə Ermənistan Respublikasının Türkmənistandakı səfirliyi bildirdi.
Səfər çərçivəsində Artaşes Tumanyan Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov, Ermənistan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Şahim Abdrahmanov, sənaye və enerji kompleksləri üzrə baş nazir müavini Çarımırat Purçekov və ““Türkmənqaz” Dövlət Konserninin prezidenti Batır Amanovla görüşüb.
Görüşlər zamanı ikitərəfli və regional iqtisadi əməkdaşlığa dair geniş spektrli məsələlər müzakirə olunub.