Ermənistan Respublikasının baş naziri, Azərbaycan prezidenti və Avropa Şurası prezidentinin Brüsseldə keçirilən görüşündə itkin düşmüş, əsir və saxlanılan səxslərlə bağlı məsələ müzakirə olunub və təəssürat var ki, daha bir erməni girov qrupu sərbəst buraxılmalıdır. Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan Parlament-Hökumətinin sual-cavabları zamanı məlumat verib.
"Biz indi bununla bağlı danışıqlar aparmağa davam edirik" – deyə Mirzoyan bildirib.
Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycan 9 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan bütün hərbi əsirləri, girovları və digər saxlanılan şəxsləri dərhal azad etmək öhdəliyini hələ də yerinə yetirməyib.
“Azərbaycan müxtəlif bəhanələrlə məsələni birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin axtarışı ilə əlaqələndirməyə çalışır. Bu məsələlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur, lakin biz xoş niyyət əlaməti olaraq humanitar addımlarımızı atmışıq və etməyə davam edirik. Biz gözləyirik ki, Azərbaycanın davranışı eyni olmalıdır, həm humanitar səbəblərə görə, həm də bu, kağız üzərində yazılmış öhdəlikdir” – deyə Mirzoyan bildirib.