İraqın xarici işlər naziri Fuad Hüseyn İrana səfər edib.
Fuad Hüseynin başçılıq etdiyi nümayəndə heyətində İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Ərəci və başqa təhlükəsizlik rəsmiləri də vardır.
Səfər çərçivəsində Tehranla Bağdad əlaqələrinin inkişafı və təhlükəsizlik məsələləri müzakirə olunacaq.