Arstax Respublikasının Prezidenti aprelin 12-də Martakert rayonunda olub və sakinlərlə görüşüb. Görüş zamanı son zamanlar geosiyasi hadisələr, Artsaxdakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik, sosial-iqtisadi məsələlər müzakirə olunub.
Son vaxtlar Parux və Karagluxda azərbaycanlıların son təxribatlarına toxunan Arayik Harutyunyan qeyd etdi ki, Azərbaycan tərəfinin geri çəkilməsi üçün Artsaxda yerləşən Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə danışıqlar davam edir.
Eyni zamanda Arayik Harutyunyan vurğuladı ki, münaqişə zonasında nisbi və kövrək sülhün təmin edilməsi Rusiya sülhməramlı qüvvələrinin sayəsində mümkün olur. Artsax xalqının və hakimiyyət orqanlarının fikrincə, onların mövcudluğu müddətsiz olmalıdır.
Artsax Respubliaksının Prezidenti Artsax hakimiyyətinin xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında Artsax Respublikasının müstəqilliyi və dövlət quruculuğu uğrunda mübarizəyə sadiqliyini bir daha təsdiqlədi.
Görüşdən sonra Arayik Harutyunyan Martakertdəki Surb Hovhannu Karapet kilsəsini ziyarət etdi.