Ermənistan Respubliaksının Baş naziri Nikol Paşinyan qeyd etdi ki, martın 10-da ATƏT Minsk qrupunun həmsədri ölkələrindən biri Azərbaycanın sülh sazişi ilə bağlı əsas mövqelərini Ermənistana təqdim etdi.
“Biz qeyd etdik ki, Ermənistanın Azərbaycandan heç vaxt ərazi iddiası olmayıb. Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir. Biz bildirdik ki, Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsi, onların hüquq və azadlıqlarının təmin edilməsi, Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsi Ermənistan üçün prinsipial əhəmiyyət kəsb edir”,-deyə Paşinyan qeyd etdi.
Paşinyan bildirdi ki, Ermənistan sülh danışıqların başlanmasına hazırdır, bu mövqe Brüsseldə keçirilən son görüşdə də bildirilib.