Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan qeyd etdi ki, ATƏT Minsk qrupunun fəaliyyətindən imtina etməyib.
“Bilirik ki, Ukraynadakı hadisələrə görə həmsədrlər arasında münasibətlər son dərəcə gərgindir. Bu gərginlik 2011-ci ildə Suriyada baş verən hadisələrlə başladı və bu, istər-istəməz bizim regional inkişaflarımıza təsir etdi. İndi də həmin gərginliyi nəzərə alaraq, passiv şəkildə həmsədrlərin hərəkətə keçməsini gözləyə bilmərik, digər tərəfdən, ikitərəfli danışıqların başlanması heç bir şəkildə həmsədrlərin prosesə cəlb olunmasını istisna etmir”,- deyə o vurğualdı.