Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynaya səfər edəcək. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb.
Spiker bildirib ki, ukraynalı həmkarı Ruslan Stefançukla əlaqə saxlayıb və Ukraynaya səfər etməyə hazırlığını təsdiqləyib. Səfərin detalları müzakirə olunacaq.
Ş.Papuaşvili qeyd edib ki, Ukrayna və ukraynalılara dəstək Gürcüstanın mənəvi və tarixi borcudur: “Biz bu borcumuzu şərəflə yerinə yetirəcəyik”.