Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbçilərinin ER parlamentinin bir qrup deputatını Dağlıq Qarabağa buraxmamasından narahatdır.
Bu barədə ER XİN-in yaydığı məlumatda deyilir.
“Qeyd olunan hərəkət 2020-ci il noyabrın 9-da qəbul edilən üçtərəfli bəyanata ziddir, çünki bu bəyanatda Dağlıq Qarabağın Laçın dəhlizi ilə Ermənistanla fasiləsiz əlaqəsi nəzərdə tutulur. Bəyanatın bütün tərəfləri onun hərfinə və ruhuna ciddi əməl etməli, həmçinin öhdəliklərini yerinə yetirməlidirlər", - ER XİN-dən bildiriblər.