Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan rəsmiləri ilə telefon danışığı aparıb. Toivo Klaar bu barədə tviterdə yazıb.
O, Azərbaycanla Ermənistanın xarici işlər nazirləri, eləcə də Azərbaycan Respublikası prezidentinin köməkçisi - prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla yaxşı müzakirələr apardığını vurğulayıb.
“Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında təması tam dəstəkləyir”, - Aİ diplomatı qeyd edib.