Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr xidməti bildirdi ki, ER İqtisadiyyat naziri VaHan Kerobyan və nazir müavini Narek Teryan aprelin 10-12-də Rusiya Federasiyasında səfərdədirlər.
Səfər çərçivəsində Ermənistan nümayəndə heyətini Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç qəbul edib.
Vahan Kerobyan qeyd edib ki, Ermənistan Rusiya ilə sənaye, ticarət və qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsində, genişləndirilməsində maraqlıdır.
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç qeyd edib ki, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ildə demək olar ki, 13% artaraq 2,6 milyard dollara çatıb, təkcə 2022-ci ilin yanvarında qarşılıqlı ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 50% artıb.
“Bunlar yüksək göstəricilərdir və bu gün yeni şəraitdə əməkdaşlığımızı davam etdiririk. Bunun üçün böyük potensial var”,- deyə nazir müavini vurğuladı.
O qeyd edib ki, Ermənistanda 40-dan çox iri Rusiya şirkəti fəaliyyət göstərir. Rusiya Ermənistan iqtisadiyyatının real sektoruna 2 milyard dollara yaxın investisiya yatırıb.
Tərəflər Avrasiya İqtisadi Birliyi çərçivəsində həyata keçirilən fəaliyyətləri də müzakirə etdilər. Hazırda əsas diqqət Aİİ üzvü olan ölkələrin makroiqtisadi vəziyyətinə və iqtisadiyyatlarının davamlı inkişafına yönəlib.