Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan erməni əsilərinə baş çəkib və ailələri ilə əlaqə saxlamağa kömək edib. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı ofisindən məlumat verilib.
“Telefon zəngləri, video mesajları, məktublar şəklində əlaqə saxlayırlar. Bu, insanların həbsdə olduğu müddətcə davam edəcək”- deyə BQXK-nın Ermənistandakı ofisinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni qeyd edib.
Qırmızı Xaç Komitəsi onların saxlanma şəraiti, onlara qarşı rəftar və sağlamlıqları barədə məlumat yaymır.
Amatuninin sözlərinə görə, növbəti səfərlərin məqsədi əsirlərin vəziyyətini görməkdir.