Fransa həm ikitərəfli əsasda, həm də Aİ Şurasının sədri və ATƏT-in Minsk qrupunun həmsədri kimi Cənubi Qafqaz regionunda sülh və sabitliyi dəstəklədiyinə tam sadiqliyini bir daha təsdiqləyir. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Bu rolda Fransa humanitar məsələlərin həlli üçün Ermənistan və Azərbaycanla işləməyə davam edir və sərhədlərin demarkasiyası, regional təcridin aradan qaldırılması, irsin qorunması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və DQ münaqişəsinin nizamlanmasına dəstək verməkdə davam edir.
Bu məqsədlə fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə ER Baş naziri, Azərbaycan prezidenti və AŞ sədri ilə videokonfrans formatında məsləhətləşmə təşkil olunub. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri hazırda Yerevanda işgüzar səfərdədir” – deyə Fransa XİN-in bəyanatında deyilir.