Aprelin 11-də ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfoyu qəbul edib.
Həmsədrlərin Yerevana səfərini alqışlayan TŞ katibi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrliyi himayəsi altında hərtərəfli və davamlı nizamlanmasının zəruriliyini vurğulayıb.
Bu kontekstdə həmsədr Rokfoy da Fransanın ATƏT-in Minsk qrupunun formatının saxlanılmasında və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı həmsöhbətlər regional məsələlər, eləcə də Ermənistan və Azərbaycan arasında mövcud olan təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.