Bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları “Ukraynada Rusiyanın təcavüzünə qarşı” etiraz aksiyası keçiriblər.
Aksiyanın Rusiyanın Bakıdakı səfirliyinin qarşısında keçirilməsi planlaşdırılırdı, lakin hakimiyyət piketə icazə vermədiyi üçün gücləndirilmiş polis dəstələri etirazçılara səfirliyə yaxınlaşmağa imkan verməyib.
Turan yazır ki, etirazçılardan biri bildirib ki, "Ukraynada hərbi cinayətlər törədən ordu sülhməramlı ola bilməz və Rusiya hərbçiləri Qarabağdan çıxarılmalıdır".