Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında baş tutan telefon danışığını şəhr edib. Toyvo Klaar bu barədə özünün “Twitter” hesabında yazıb.
“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf var. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”- deyə Klaar sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, aprelin 11-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.