Vaşinqtonda ABŞ dövlət katibinin müavini Vendi Şerman Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət katibi Ceyms Kleverli ilə görüşüb və Cənubi Qafqazda sülh səylərini müzakirə edib.
"Dövlət katibinin müavini Cənubi Qafqazda sülh və barışıq səylərinə dəstək məqsədilə ikitərəfli əməkdaşlığı müzakirə edib", - deyə Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib.