Aprelin 11-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Nazirlər delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması, sülh danışıqlarına hazırlıq və humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.