Kanada Rusiyanın müdafiə sənayesinə sanksiyalar tətbiq edib.
"Reuters" xəbər verir ki, bu barədə Kanada hökuməti bəyanat yayıb.
Bildirilib ki, sanksiyalar Rusiyanın müdafiə sektorunun 33 subyektinə tətbiq olunur.
“Bu qurumlar Rusiya ordusuna dolayı və ya birbaşa dəstək veriblər və buna görə də Vladimir Putinin Ukraynada apardığı məntiqsiz müharibədən qaynaqlanan ağrı və iztirablara şərik olurlar. Kanada vəziyyəti izləməyə, beynəlxalq tərəfdaşları ilə atılacaq addımları əlaqələndirməyə və yeni tədbirlər üçün imkanları araşdırmağa davam edir”, - bəyanatda qeyd olunub.
Diqqətə çatdırılıb ki, Kanada fevralın 24-də başlayan müharibədən sonra Rusiya və Belarusdan olan 700-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.