Aprelin 11-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Brays Rokfonu qəbul edib.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin öz mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində rolu vurğulanıb.
Görüşdə Dağlıq Qarabağdakı vəziyyət, Rusiya sülhməramlı kontingentinin cavabdehlik zonasındakı Parux kəndi və yaxın ərazilərə Azərbaycan silahlı qüvvələrinin daxil olması nəticəsində yaranmış vəziyyət müzakirə edilib.
ER XİN rəhbəri Azərbaycanın Artsax erməniləri üçün qəsdən yaratdığı humanitar məsələləri və Dağlıq Qarabağın etnik təmizlənməsinə yönəlmiş hərəkətləri təqdim edib.
Martın 23-də Azərbaycan silahlı bölmələrinin öz başlanğıc mövqelərinə qayıtmasının zəruriliyi vurğulanıb.
Ararat Mirzoyan Azərbaycanla bağlı sülh sazişi üzrə danışıqların başlanması ilə bağlı Ermənistanın mövqeyini təqdim edib və bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb.