“Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan Ermənistan-Çexiya Dostluq Qrupunun rəhbəri olaraq Çexiyada Deputatlar Palatasının hakim “ODS” fraksiyasının və Çexiya-Ermənistan Dostluq Qrupunun rəhbəri Marek Benda ilə onlayn görüş keçirib.
“Çexiyalı həmkarımla görüşdə Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olunub. Biz Ermənistan-Çexiya münasibətləri ilə bağlı məsələləri də müzakirə etmişik”- deyə Artur Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.