Artsax Xarici İşlər Nazirliyi Marağa qətliamının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb, bəyanatda deyilir:
“1991-ci il aprelin 11-də Azərbaycan ordusu tərəfindən Artsax Respublikasının Martakert rayonunun Marağa qəsəbəsinin dinc əhalisinə qarşı qəddar hücum edilib. Aprelin 10-u amansızcasına təşkil olunmuş qətlamın 30 illiyidir.
Qırğın nəticəsində 50-yə yaxın insan, o cümlədən 30 qadın, işgəncələrə məruz qalıb, vəhşicəsinə öldürülüb, onlarla qadın və uşaqlar işgəncələrə məruz qalıb, onlardan 19-un taleyi hələ də məlum deyil.
Azərbaycan silahlı qüvvələrinin Marağaya hücumu hərbi zərurətlə şərtlənməmişdir. Məqsəd ərazini ələ keçirmək və orada yaşayan insanları məhv etməkdi.
Onlarla marağalı sırf erməni olduğuna görə öldürülüb. Azərbaycan hakimiyyəti tərəfindən hədə-qorxu aktı kimi planlaşdırılan Marağa qətliamı bütün Artsax əhalisinə qarşı Bakının soyqırım planlarını göstərdi.
Marağada hərbi cinayətlər törətmiş Azərbaycan silahlı qüvvələrinin bölmələrinin komandiri Şahin Tağıyevin Azərbaycanın milli qəhrəmanı adına layiq görülməsi bir daha sübut edir ki, dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi Azərbaycan ordusunun qarşısına qoyduğu əsas vəzifələrdən biri idi.
Azərbaycan hakimiyyətinin bu addımı Marağada törədilən beynəlxalq qanunsuz hərəkətlərə görə tam məsuliyyət daşıdıqlarını bir daha təsdiq etdi.
Marağada dinc sakinlərin qətlə yetirilməsi Azərbaycan hakimiyyətinin 30 ildir apardığı soyqırım siyasətinin, amansız Sumqayıt qətliamından 2020-ci il 44 günlük silahlı təcavüz zamanı törədilmiş hərbi cinayətlərinin tərkib hissəsidir.
Yalnız dövlətçiliyini inkişaf etdirən, beynəlxalq hüquqi subyektivliyə malik, bütün erməniləri öz ətrafında birləşdirən güclü Artsax Marağa faciəsinin təkrarlanmayacağına ən yaxşı təminat ola bilər”.