Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Arstaxda azərbaycanlıların növbəti təxribatına toxunub.
“Martın 24-də baş verən hadisələrlə bildirmişdik ki, Rusiya sülhməramlı qoşunları vəziyyəti aydınlaşdırmaqla məşğuldur, çünki çoxlu anlaşılmaz hallar var və bu barədə nəticə çıxarmaq hələ tezdir.
Əminik ki, bizim erməni dostlarımız Rusiya sülhməramlılarına tam etibar edir, bəzi şəxslərin onları məsuliyyətə cəlb etmək və araşdırma aparmaq çağırışları erməni xalqının, Ermənistan rəhbərliyinin Rusiya sülhməramlılarının həmin regionda sabitliyin qorunmasında böyük rol oynamasına münasibətini əks etdirmir.
Bəli, insidentlər baş verir və məhz bu hadisəyə aydınlıq gətirilməlidir, bunu da bizim hərbçilər aydınlaşdırır”,- deyə Lavrov qeyd etdi.