Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı baş verib. Nikol Paşinyan aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb.
Tərəflər Azərbaycan bölmələrinin Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına zorla daxil olmasına toxunub.
Bundan başqa, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanılması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər.
Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidenti iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunublar. Bu məsələlər aprelin 19-da Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri zamanı ətraflı müzakirə olunacaq.