Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukraynanın Kiyev vilayətinin Buça şəhərinə səfər etməkdən imtina edib.
“Dəvətə gəlincə, mən istərdim ki, Ukrayna hökumətinin ayrı-ayrı nümayəndələri gürcü xalqının və onun hökumətinin Ukraynaya və Ukrayna xalqına verdiyi güclü dəstəyi tam başa düşsünlər”, - deyə Papuaşvili bildirib.