Aprelin 8-də Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyində Ermənistan Respublikası və Slovakiya Respublikası Hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi ER İqtisadiyyat naziri Vahan Kerobyan və Slovakiyanın Ermənistan Respublikasındakı səfiri Miroslav Hatsek imzalayıblar.
Saziş qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və diversifikasiyası nəzərdə tutur.
Sənəddə hökumətlərarası komissiyanın yaradılması da nəzərdə tutulub.
Səfir Miroslav Hatsek qeyd edib ki, Ermənistanın İranla yaxşı iqtisadi əlaqələri ölkəmizi Slovakiya üçün daha cəlbedici edir.