Aprelin 8-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Moskvada KTMT-nin baş katibi Stanislav Zas ilə görüşüb.
Tərəflər KTMT-nin fəaliyyətinə, Kollektiv Təhlükəsizlik Şurasının qərarlarının icrasına və qarşıdan gələn tədbirlərin qrafikinə istinad ediblər
Ermənistanın XİN başçısı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Parux kəndi və etrafdakı ərazilərinə Azərbaycan silahlı qüvvələrinin zorla daxil olunması nəticəsində yaranmış vəziyyətə toxunub.
Görüş zamanı Stanislav Zas KTMT zonasında təhlükəsizlik vəziyyəti və mövcud çağırışları təqdim edib.
Tərəflər KTMT-yə üzv dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən digər regional və beynəlxalq məsələlərə toxunublar.