Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun geniş tərkibdə görüşü başlayıb.
“Son illərdə Ermənistan-Rusiya dövlətlərarası münasibətləri müttəfiqlik əməkdaşlığının keyfiyyətcə yeni səviyyəsinə çatdırılıb, bu, yüksək və ən yüksək səviyyələrdə fəal dialoq, KTMT, Aİİ, MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq, hərbi-siyasi və hərbi-texniki sahələrdə qarşılıqlı əməkdaşlıq, geniş hüquq-müqavilə sahəsinin təkmilləşdirilməsi, ticarət-iqtisadi, regionlararası və humanitar sahələrdə səmərəli əməkdaşlıq ilə seçilir”- deyə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə görüşündə bildirib.