Aprelin 8-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Respublikadakı hərbi-siyasi vəziyyət, regionda baş verən son hadisələr və onların Artsaxa mümkün təsiri müzakirə edilib.
İclas zamanı müdafiə naziri Kamo Vardanyan müəyyən gərginlik fonunda son günlər operativ-taktiki vəziyyətin nisbətən sabit olduğunu vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Artsaxda sülhün və sabitliyin qorunması üçün fəal səylər göstərilir və bu baxımdan tendensiyalar kifayət qədər müsbətdir.
“Əlbəttə, biz Azərbaycan qoşunlarının Askeran rayonunun Parux kəndindən, Karaglux yüksəliyindən başlanğıc mövqelərinə geri qaytarılması üçün Rusiya tərəfi ilə səylərimizi davam etdiririk”-deyə prezident Harutyunyan bildirib.
Respublika Prezidenti Təhlükəsizlik Şurasının növbəti iclasında müzakirə edilən bir sıra məsələlərlə bağlı konkret tapşırıqlar verib.