BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarik Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında keçirilən görüşü alqışlayıb.
“Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə davam edən birbaşa əməkdaşlıq bizi sevindirir. Biz tərəflərin regionda sülh və sabitliyin bərqərar olması üçün gələcək danışıqlara və konkret addımlara hazır olduğunu qeyd edirik”,- deyə qeyd olunub.
BMT nümayəndəsi tərəfləri bütün mübahisəli məsələləri mövcud formatlarda və dialoq yolu ilə həll etməyə çağırır.