Dünyanın yüksək texnologiya liderlərindən biri olan NVIDIA Ermənistanda tədqiqat mərkəzi yaradır. Bu barədə Ermənistan Respublikasının Parlamentinin vitse-spikeri Hakob Arşakyan bildirib.
“2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti NVIDIA-nın Silikon Vadisində yerləşən qərargahında olub. Şirkətin təsisçisi və icraçı direktoru Jensen Huang ilə görüş zamanı NVIDIA ilə mümkün əməkdaşlığı müzakirə etdik.
Bu gün məmnunluqla bildirirəm ku, NVIDIA Ermənistana gəlir. İllik dövriyyəsi 27 milyard dollar olan və dünya üzrə 20 mindən çox işçisi olan dünyanın aparıcı texnologiya nəhənglərindən biri Yerevanda yeni ofisini açacaq”,- Hakobyan qeyd etdi.