Kreml Ermənistan və Azərbaycanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kreml bunu müsbət qiymətləndirir. Anlaşılandır ki, bu proses olduqca uzun çəkir. Lakin belə bir sənədin bağlanmasına doğru irəliləyiş öz-özlüyündə müsbət faktdır və alqışlanır”, - deyə Peskov vurğuladı.