Dünən axşam saatlarına qədər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə mənimlə Azərbaycan prezidenti arasında görüş baş tutdu. İclasın yekunu olaraq iki məsələ ilə bağlı qərar qəbul edilib. Bu barədə ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib.
Baş nazir bildirib ki, iki ölkənin xarici işlər nazirlərinə gələcək sülh sazişinin hazırlanmasına başlamaq, bu istiqamətdə danışıqlar və təmasların aparılması tapşırılıb.
Nikol Paşinyanın sözlərinə görə, bu o deməkdir ki, Ermənistanın və Azərbaycanın sülh sazişi ilə bağlı təqdim etdiyi təkliflər və məsələlər bir araya gətirilməlidir və danışıqların nəticələrində ünvanlanmalıdır.
"Hökumətin əvvəlki iclasındakı çıxışımda bununla bağlı fikirlərimizi bildirmişdim. Bilirsiniz ki, Azərbaycanın təkliflərinə cavab olaraq biz vurğulamışıq ki, onlarda bizim üçün qəbuledilməz heç nə yoxdur, lakin onlar sülh gündəmini tamamlamırlar və bizim üçün Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatları, onların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsi prinsipial əhəmiyyət kəsb edir” - deyə ER Baş naziri bildirərək qeyd edib ki, bu məsələlər sülh gündəminə verdiyimiz cavablar içərisindədir və danışıqların mövzusu olmalıdır.
"Əlbəttə, əvvəlki kimi, biz ATƏT MQ həmsədrlərinin bu prosesdə iştirakını vacib hesab edirik. Biz bu istiqamətdə işi davam etdirməliyik" – deyə Nikol Paşinyan bildirib.