ER Baş naziri hökumətin iclasında məlumat verib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Dağlıq Qarabağda təhlükəsizlik mühitinin pisləşməsi, xüsusən də Parux hadisələri ilə bağlı müzakirələr aparıldı, lakin həmin müzakirələr birgə qiymətləndirilməsi ilə nəticələnmədi.
"Deməliyəm ki, bu konkret mövzunun sonrakı müzakirəsini Brüssel platformasında məqsədəuyğun saymadım, çünki söhbət Azərbaycan bölmələrinin Rusiyanın sülhməramlı missiyasının Dağlıq Qarabağdakı məsuliyyəti zonasına daxil olmasından gedir. Bu məsələ daha çox RF tərəfdaşlarının iştirakı ilə müzakirə olunmalıdır. Biz bunu edirik və edəcəyik.
Bu mövzuda mövqeyimizi bildirmişəm, odur ki, biz gözləyirik ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları Azərbaycan bölmələrinin öz məsuliyyət zonasından çıxarılmasını təmin etmək üçün tədbirlər görəcəklər” – deyə baş nazir bildirib.