ER baş naziri Nikol Paşinyan hökumətin iclasında Brüssel görüşünə ümumi qiymət verib.
“Qeyd etməliyəm ki, iki istiqamətdə hərəkət etmək barədə razılıq əldə olunub və sonrakı qiymətləndirmə, təbii ki, razılaşmaların praktiki icrası zamanı qeydə alınmış nəticələrdən asılıdır.
Biz ölkəmiz və regionumuz üçün dinc inkişaf erası açmaqla bağlı gündəliyimizi davam etdirəcəyik və bu gündəmin reallaşması üçün əlimizdən gələni etməliyik. Bu, təkcə bizdən asılı deyil, biz ardıcıl olaraq üzərimizə düşən işi görməliyik” – deyə Nikol Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Brüsseldə keçirilən görüşdə humanitar məsələlər müzakirə mövzularından biri olub.
Nikol Paşinyan məlumat verib ki, müzakirə mövzularından biri regional kommunikasiyaların açılması məsələsi olub və bununla bağlı anlaşılmazlıq qeydə alınıb.
“Biz həll yollarını tapmaq üçün işi davam etdirməyə razılaşdıq”- deyə Paşinyan bildirib.