Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Tərəflər Ermənistan-ABŞ münasiətlərinə toxunublar və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirilməsinə əhəmiyyət veriblər.
Nikol Paşinyan və Entoni Blinken Cənubi Qafqazda gedən proseslərə, Dağlıq Qarabağ ətrafında artan gərginliyə toxunub. Nikol Paşinyan Azərbaycan slahlı qüvvələrinin bölmələrinin hərəkətləri nəticəsində Artsaxdakı vəziyyəti, humanitar məsələləri təqdim etdi və ABŞ-ın məqsədyönlü cavabına əhəmiyyət verib.
Tərəflər regionda sabitliyin və sülhün təmin olunmasının vacibliyini vurğulayaraq, ATƏT-in Minsk qrupunun həmsədrliyinin rolunu çox vaib hesab ediblər. Aprelin 6-da Brüsseldə keçiriləcək üçtərəfli görüşə də toxunublar.