Aprelin 6-da ER müdafiə naziri Suren Papikyan Avropa Şurasının Ermənistandakı ofisinin rəhbəri Martina Şmidti qəbul edib.
Görüş zamanı “İnsan hüquqları və qadınlar Ermənistan Silahlı Qüvvələrində” proqramının ikinci mərhələsinin gedişi və onun icrası ilə bağlı məsələlər müzakirə olunub.
Suren Papikyan “İnsan hüquqları və qadınlar Ermənistan Silahlı Qüvvələrində” proqramının davam etdirildiyini qeyd edib, Ermənistan tərəfinin əməkdaşlığın daha da inkişafına hazır olduğunu bildirib.