BMT Rusiya və Ukraynanın danışıqları davam etdirməyə hazır olmasını alqışlayır. Müşahidə olunan irəliləyiş konkret fəaliyyətə çevrilməlidir. Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib.
O qeyd etdi ki, diplomatlar hərbi əməliyyatları dayandırmaq üçün səylərini davam etdirirlər.
"Biz tərəflərin qarşılıqlı anlaşmaya nail olmaq üçün danışıqların davam etdirməyə hazır olmasını alqışlayırıq", - deyə o vurğuladı.