Covid-19 pandemiyası 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvarınadək Avropada məhbusların sayının azalmasına səbəb olub. Bu barədə üzv ölkələrin həbsxanalarında cinayət-icra vəziyyətinin illik statistikası ilə bağlı Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.
"Turan" agentliyinə əsasən, qeyd olunur ki, 2021-ci il yanvarın 31-ə olan məlumata görə bütün Avropa boyunca məhbus sayı 1 milyon 414 min 172-dir.
Azərbaycan 100 000 nəfərə 216 məhbusla məhbus səviyyəsinin ən yüksək olduğu ölkələr arasındadır və Rusiya Federasiyası (328), Türkiyə (325) və Gürcüstanın (232) ardınca dördüncü yeri tutub.
Bununla yanaşı, Azərbaycanda məhbusların ümumi sayı 2020-ci illə müqayisədə 3,3 faiz artaraq 21 012 nəfər olub.
2020-ci ildə Avropada məhbusların sutkalıq orta xərcləri 77 avro təşkil edib. Azərbaycanda bu göstərici 8,08 avrodur. 2020-ci ildə Azərbaycanda penitensiar sistemin ümumi büdcəsi 63 780 807 63 avro təşkil edib.